Rusiyanın Bryansk vilayətində dəmir yolu partladılıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində yük qatarı relsdən çıxıb. 

Vilayətin rəhbəri Aleksandr Boqomaz qeyd edib ki, insident Bryansk-Uneça dəmir yolunun 136-cı kilometrliyindəki Uneça rayonunda baş verib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb. Nəqliyyatın hərəkəti dayandırılıb.

Ağarza Elçinoğlu