Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən gün Atatürk Hava Limanında keçirilən TEKNOFEST-də iştirak edib.

"Unikal" xəbər verir ki, tədbirdən sonra Zeytinburnudakı Dünya Türkmən Birliyi Vəqfi Binasının açılış proqramına yetişmək istəyən nazir yol polisinin istifadə etdiyi motosikletin arxasına oturaraq mitinq sahəsinə gedib.

Belə  ki, kaskasını çıxardıqdan sonra Soylunu görən vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər. 

Gülayə Mecid