Danimarkada növbəti dəfə Quran və türk bayrağına qarşı təxribat xarakterli hücum olub.

"Unikal" xəbər verir ki, Danimarkada islamofob və ultra-millətçi olan Patrioterne Gar Live (Patriots Live) adlı marjinal qrupun üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağını və "Qurani-Kərim" kitabı yandırıb. 

İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı həmin anları sosial şəbəkə hesabında paylaşıb. 

Hadisə yerinə  polis cəlb olunub. 

Gülayə  Mecid