Azərbaycanla anlaşılmazlıqların aradan qaldırılması üçün bir sıra praktiki addımlar atılıb.

"Unikal" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. 

Kənani mətbuat konfransında bildirib ki, İran və Azərbaycan arasında razılaşma və üç raundluq danışıqlardan sonra iki qonşunun media mühitində gərginlik azalıb.

"Biz diplomatlar olaraq siyasi proseslərə həmişə nikbin yanaşırıq", - deyə spiker əlavə edib.

Ağarza Elçinoğlu