Türkiyənin Hatay vilayətində əsgər yola salan karvanın ağır qəza törətməsi nəticəsində ölənlərin sayı 13 nəfərə yüksəlib.

"Unikal" xəbər verir ki, Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan Gülşen Koyuncunu da xilas etmək mümkün olmayıb.

Dəhşətli qəza ötən gün saat 19.00 radələrində Belen rayonunun Topboğazı ərazisində baş verib.

İddiaya görə, qazıntı maşını Belen istiqamətindən Antakyaya doğru hərəkət edərkən Mehmet Qarip Şeyhanlının idarə etdiyi yük maşını ilə toqquşub. Toqquşmanın şiddəti ilə idarəetmədən çıxan qazıntı maşını qarşı zolağa keçərək, Əhməd Koyuncu və Abit Karaçalın əsgərləri yola salmasını gözləyən 9 avtomobil və 2 mikroavtobusa çırpılıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 31 nəfər yaralanıb.