Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Racastan ştatının Suratqarh şəhəri yaxınlığında baş verib.

Qırıcının evə çırpılması nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilir.

Pilot yüngül xəsarətlərlə son anda xilas ola bilib. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu