"Cənubi Qafqazda vəziyyət Ermənistanın qeyri-səmimiliyi ucbatından gərgin olaraq qalır".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

Onun sözlərinə görə, indiki dünya sistemsizdir:

“Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə biz uyğunsuzluğu müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Lakin BMT və Aİ-nin yaradılmasında məqsəd münaqişələrin qarşısını almaq idi”.

Nazir son olaraq vurğulayıb ki, Ukraynadakı müharibə ilə bağlı heç bir ölkə Türkiyə qədər balanslı siyasət aparmır.

Gülayə Mecid