Niderlandın paytaxtı Amsterdamda PKK tərəfdarları və terrorçular səs vermək üçün gələn türklərə hücum ediblər.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qarşıdurma səsvermənin keçirildiyi RAİ Sərgi və Konqres Mərkəzində baş verib.

Hazırda əraziyə çoxlu sayda polis helikopteri və təcili yardım maşını cəlb olunub. Seçki komissiyası üzvlərinin girov götürüldüyü haqqında məlumatlar var.