Moskvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri arasında dördtərəfli görüşündə razılıq əldə olunub. 

"Unikal" xəbər verir ki, nazirlər Moskva danışıqlarında müsbət və konstruktiv ab-havanın olduğunu qeyd edərək, təmasların dördtərəfli formatda davam etdirilməsi barədə razılığa gəliblər. Türkiyə, Rusiya, Suriya və İranın xarici işlər nazirləri Türkiyə-Suriya əlaqələrinin inkişafı üçün yol xəritəsi hazırlamaq qərarına gəliblər.

Xarici İşlər Nazirliyi Moskvada keçirilən dördtərəfli görüşdən sonra birgə bəyanat yayıb.

"İştirakçılar BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və “Astana formatı” çərçivəsində verilən rəsmi bəyannamələrə uyğun olaraq, Suriyanın suverenliyinə, ərazi bütövlüyünə və bütün forma və təzahürlərində terrorizmlə mübarizəyə sadiqliklərini bir daha təsdiqləyiblər. Suriyalıların vətənlərinə və qarşıdurma sonrası yenidən qurulması inşaatın asanlaşdırılması baxımından Suriyaya beynəlxalq yardımın artırılmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin Türkiyə ilə Suriya arasında əlaqələrin inkişaf etdirilməsi üçün dörd ölkənin Müdafiə nazirlikləri və Kəşfiyyat bölmələri ilə koordinasiyalı şəkildə bir yol xəritəsi hazırlamağı Xarici İşlər Nazirinin müavinlərinə tapşırmağa qərar veriblər.

Bildirilib ki, nazirlər, həmçinin qarşıdakı dövrdə də hazırkı dördtərəfli formatda yüksək səviyyəli təmasların və texniki danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

14:03

Moskvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri arasında dördtərəfli görüş başlayıb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, toplantıda XİN başçıları Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edirlər.

Görüşdən əvvəl Çavuşoğlu həmkarları ilə digər məsələlərlə yanaşı suriyalı qaçqınların vətənlərinə qayıtması və terrorla mübarizəni də müzakirə edəcəyinə ümid etdiyini bildirib.

Ağarza Elçinoğlu