"Azərbaycan və Türkiyə birlikdə Ermənistana əl uzatdılar. Biz hələ də bu əlin qəbul olunmasını gözləyirik, sülh istəyirik".

"Unikal" xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təliminin nəticələri ilə bağlı brifinq zamanı deyib.

Akar qeyd edib ki, bölgədə sülh hamının xeyrinə olacaq: "Biz bunu izah etməyə çalışırıq, Ermənistana deyirik ki, kənardan gələn sifarişlə hərəkətə keçməyin. Düşünürük ki, o, bu bölgənin şərtlərinə və coğrafiyasına uyğun hərəkət etsə, həm bölgəyə, həm də özünə xeyir verəcək".

Gülayə Mecid