Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada danışıqların nəticələrini şərh edərkən Türkiyə ilə Suriya arasında liderlər səviyyəsində görüşün mümkünlüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “A Haber” telekanalının efirində bildirib.

Çavuşoğlu xatırladıb ki, ötən gün Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilib.

“Biz xarici işlər nazirləri səviyyəsində təmasları davam etdirəcəyik. Yol xəritəsi hazırlandıqdan və lazımi zəmin formalaşdıqdan sonra liderlər səviyyəsində danışıqların aparılması mümkündür”.