Müttəfiqlər indiyədək Ukraynaya 575 tank, 28 təyyarə verib.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın Avropa İttifaqındakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, texnikaların əsas hissəsini Polşa tədarük edib.

Polşa Ukraynaya 325 tank və 14 təyyarə göndərib. Tankların sayına görə Fransa ikinci yerdədir (85), daha sonra Almaniya (80) və ABŞ (76) gəlir.