Estoniya ölkənin cənub-şərqində avtomobillərin hərəkəti üçün nəzərdə tutulan Koidula sərhəd-keçid məntəqəsini bağlaya bilər.

"Unikal" xəbər verir ki, Estoniyanın daxili işlər naziri Lauri Länemetsin sözlərinə görə, bu, ilin sonuna qədər başa çatdırılmalı olan Estoniya-Rusiya sərhədindən keçən avtomobillərin hərəkətinin təhlilindən sonra baş verə bilər.

Biz istərdik ki, bu təhlillər bu ilin ikinci yarısında alınsın və o zaman görmək mümkün olacaq ki, hansı təsirlər var və bu məsələnin davam etdirilməsi əsaslandırılıb, ya yox. Hələlik heç bir həll yolu yoxdur, araşdırmalar yeni başlayır ” .

O, keçidin bağlanması ehtimalının səbəbi kimi sərhəd-keçidlərin sayının kəskin azalması, Rusiya ilə münasibətlərin zəif olması və xərclərə qənaəti göstərib.

Yanvar ayında Rusiya Xarici İşlər Nazirliyi   Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlamışdı . Bu, Moskvanın Tallinin Rusiya səfirliyinin işçilərini ixtisar etmək qərarına cavabı olub.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin   Rusiyanın Estoniya və Latviya ilə diplomatik münasibətlərini ölü adlandırıb.