Rusiyanın Primorsk vilayətində Mİ-2 helikopteri sərt eniş edib. 

"Unikal" rus KİV-ə istinadla bildirir ki, eniş zamanı helikopter elektrik xətlərinə çırpılaraq Transneft stansiyasının enerjisini kəsib. 

Polis əməkdaşları helikopterin özəl mühafizə şirkətinə məxsus olduğunu və onun pilotunun 64 yaşlı Vladivostok sakini olduğunu müəyyən edib.

"Mayın 9-da “Transneft”in əməkdaşları elektrik xəttində qəza baş verdiyini aşkar ediblər. İki gündən sonra hadisə yerinə çata bildik. Qırıq xətlərin yanında şirkət əməkdaşları tərk edilmiş Mi-2 tapıblar", - deyə məlumatda bildirilib. 

Ağarza Elçinoğlu