İsrail silahlı qüvvələrinin hərbçiləri Qəzza zolağında keçirilən "Qalxan və ox" əməliyyatı zamanı Fələstinin "İslami Cihad" radikal hərəkatının bütün rəhbər şəxslərini məhv edib. 

"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. 

Baş nazirin sözlərinə görə, mayın 13-ü axşam saatlarında İsrail "İslami Cihad"a qarşı beş günlük mübarizəni uğurla başa çatdırıb: "Biz Qəzzada "İslami Cihad"ın bütün rəhbərliyini məhv etdik". 

Netanyahunun sözlərinə görə, onlarla terrorçu, "İslami Cihad"ın 17 qərargahı, tank əleyhinə ekipajlar, raket anbarları və bir sıra obyektlər məhv edilib.

Ağarza Elçinoğlu