Millət Alyansının (MHP) prezidentliyə namizədi Kamal Kılıçdaroğlu səsvermə prosesi bitdikdən sonra sosial media hesabından paylaşım edib.

"Unikal" xəbər verir ki, o, paylaşımında müşahidəçiləri son protokollar imzalanana qədər seçkiləri izləməyə səsləyib. 

"Demokratiya qəhrəmanlarımıza səsləmək istəyirəm. Nə olursa olsun, son imzalanmış seçki qutusunun protokolları çatana qədər səsvermə qutularının yanından ayrılmayın. Xalqın iradəsinin tam və düzgün təzahürü sizin qətiyyətinizdən asılıdır", - deyə müxalifətçi bildirib. 

Ağarza Elçinoğlu