Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak mayın 16-da yüksək səviyyəli nümayəndə heyətinin başçılığı ilə İrana səfər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, Rusiya baş nazirinin müavini iki gün İranda qalacaq. Səfər çərçivəsində Novakın İslam Respublikasının neft naziri Cavad Oudci, eləcə də İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzinlə danışıqları nəzərdə tutulub. Bundan əlavə, Rusiya baş nazirinin müavini çərşənbə günü, mayın 17-də Tehranda  açılmalı olan 27-ci Beynəlxalq “İranın neft, qaz və neft kimyası” sərgisini ziyarət edəcək  .

Novakı müşayiət edəcək nümayəndə heyətinin tərkibi, eləcə də tərəflər arasında danışıqların mövzuları barədə ətraflı məlumat verilməyib.