"Belarus prezidenti Aleksandr Lukaşenko xəstələnib".

"Unikal" xəbər verir ki, "Rise" qəzetinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Belarus liderinin sağlamlıq problemlərində fövqəltəbii heç nə yoxdur: "Bu covid deyil. Adam təzəcə xəstələnib. Onun xəstələnməsinə baxmayaraq, o, Moskvaya gəlməyi öz vəzifəsi hesab etdi , sonra həmin günün axşamı Minskdə tədbirlər keçirdi", - Zatulin vurğulayıb. 

Deputat Lukaşenkonun xəstəliyinin adını çəkməyib. 

Ağarza Elçinoğlu