Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevin təcili hərbi və humanitar ehtiyaclarını müzakirə edəcək .

"Unikal" xəbər verir ki, Yelisey sarayında şam yeməyi zamanı Emmanuel Makron Volodimir Zelenski ilə Ukraynanın hərbi və humanitar sahədə təcili ehtiyaclarına cavab olaraq Fransanın dəstəyini müzakirə edəcək.

Qeyd olunur ki, Makron Fransa və Avropanın “Ukraynanın qanuni hüquqlarının bərpası və fundamental maraqlarının qorunması baxımından ona sarsılmaz dəstəyini” xatırladacaq.

Bundan əvvəl Almaniyada səfərdə olan Zelenski  Böyük Karl Mükafatına layiq görülüb.