Ukrayna prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında qeyd olunub. 

Qeyd olunur ki, görüş zamanı Fransanın Ukraynaya hərbi yardım göstərməsi məsələsinə, xüsusilə də müdafiə qabiliyyətinin gücləndirilməsi və Ukrayna səmasının qorunmasına dair prioritet ehtiyaclara üstünlük verilib. Görüşdə həmçinin Ukraynanın NATO-ya daxil olması müzakirə edilib.

Bundan əlavə, Zelenski Fransanın ölkələrin qırıcı təyyarələrin koalisiyası ilə bağlı birgə qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Ağarza Elçinoğlu