Ermənistanın paytaxtı İrəvanda atışma olub.  

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.    

Bildirilir ki, naməlum şəxslər gecə saatlarında  “Opel” markalı avtomobilə atəş açıblar. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. İnsidentdə ölən və yaralanan olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.