"Amerikalı milyarder Corc Soros insanlığa nifrət edir". 

"Unikal" xəbər verir ki, bu barədə Tesla şirkətinin baş direktoru İlon Mask öz "Twitter" səhifəsində yazıb.

"Siz güman edirsiniz ki, (Sorosun - red.) yaxşı niyyəti var. Bu, səhvdir. O, sivilizasiyanın parçasını məhv etmək istəyir. Soros insanlığa nifrət edir", - deyə Mask bildirib. 

Qeyd edək ki, mayın 15-də bir sıra Amerika KİV-ləri Sorosun guya infarktdan öldüyünü yazıblar, lakin bu xəbər rəsmi təsdiqini tapmayıb.

Ağarza Elçinoğlu