Millət Alyansını formalaşdıran 6 lider sabah CHP Ümumi Qərargahında seçki nəticələrini dəyərləndirəcək və ikinci tur üçün yol xəritəsini müəyyən edəcək.

"Unikal" xəbər verir ki, CHP Ümumi Qərargahından 81 il təşkilatına gecikmədən prezidentlik ikinci turu üçün sahə işlərinə başlamaq tapşırılıb.

"Mübarizəni davam etdirin. Biz buradayıq!" sərlövhəli yazıda bütün rayon və böyük şəhər bələdiyyə başçılarının öz əyalətlərində sahə araşdırması aparacaqları bildirilib.

Məqalədə qeyd olunub ki, yalnız bir millət vəkili olan əyalətlərin millət vəkilləri istisna olmaqla, 26, 27 və 28-ci dövr millət vəkilləri öz vilayətlərindən başqa vilayətlərdə CHP Parlament Qrupu Başçılığı tərəfindən təyin ediləcək. İşə rayon başçıları, qadın qolları və gənclik qolları da qatılacaq.