BMT-nin hesablamalarına görə, beynəlxalq təşkilatların maliyyə yardımına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşacaq.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında deyilir.

Bildirilir ki, 2022-ci ildə Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun böyük hissəsini itirib və 2022-ci ildə 29,1% azalıb.

Hesabata görə, Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır. Mayın 4-də Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə dəyən ziyanın 400 milyard dollar olduğunu bildirib.