Mayın 18-də Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılacaq və bu iclasda Qərb ölkələrinin Ukraynaya silah tədarükü müzakirə ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "Twitter"də  məlumat verib.

“Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya müttəfiqlərimizin və tərəfdaşlarımızın Ukraynanın müdafiə qüvvələrinə silah tədarükünü pisləmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir”, - nümayəndə yazıb.