Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) terror təşkilatı PKK/YPG-nin sözdə (Kobani) maliyyə məmuru Tuba Karakoçu Suriyada keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb. 

Məlumata görə, Karakoç 2013-cü ildə terror təşkilatı PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib.

Onun Suriyadakı məsuliyyətinə görə təşkilata maliyyə dəstəyi vermək üçün İraqa getdiyi öyrənilib. Bunun ardınca MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatda Karakoç zərərsizləşdirilib.

Ağarza Elçinoğlu