"ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi “tövsiyə edir”, bunun müqabilində “təhlükəsizliyi təmin edəcəyini” vəd edir".

"Unikal" xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  “Tsarqrad” telekanalına müsahibəsində bildirib.

"Bizdə belə bir məlumat var, onlar (ABŞ və onun müttəfiqləri) deyirlər ki, rusları öz ərazinizdən qovun. Amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Bu diplomatiya deyil, aşkar təxribatdır... Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - deyə Lavrov qeyd edib.  

O, həmçinin xatırladıb ki, ABŞ tez-gec müttəfiqlərini tərk edir.

"Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən Misir prezidenti Hüsnü Mübarəkdən əl çəkdilər. ABŞ bu ölkənin iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyindən də əl çəkdi", Lavrov xatırladıb.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşdirilib.

Gülayə  Mecid