Gürcüstanda 6 İŞİD terror qruplaşmasının üzvü saxlanılıb.  

"Unikal" xəbər verir ki,  bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. 

Bildirilir ki, şəbəkəyə qarşı antiterror əməliyyatı eyni vaxtda dörd yerdə həyata keçirilib. Saxlanılanların hamısı Gürcüstan vətəndaşlarıdır.

Məlumata görə,  saxlanılan şəxslərin İŞİD-ın nüfuzlu liderlərindən biri ilə əlaqəsi olduğu və onun rəhbərliyi altında bir sıra ölkələrdə müxtəlif növ terror fəaliyyətləri planlaşdırdığı qeyd edilir.

 Gülayə  Mecid