Rol aldığı "Recep İvedik" serialı ilə böyük izləyici kütləsi toplayan Şahan Gökbakar sosial media hesabındakı paylaşımı ilə gündəmə gəlib.  

"Unikal" xəbər verir ki,  Gökbakar "Twitter"  hesabında ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanla dialoqu diqqət çəkib.  

Belə ki,  Gökbakar paylaşımında  "Cənab Sinan Oğan  mənim adımı çəkərək, onu linç etdiyimi söyləyib. Düzü,  Şaban Gökbahar deyib, canı sağ olsun. Şaban da gözəldir. Düşünürəm ki, məni nəzərdə tuturdu. Bir tvitimdə nə üçün namizəd olduqlarını soruşmuşdum. Mənə cavab olaraq da Sinan Oğan Şaban deyə müraciət edib. Səhv anlaşıldımsa üzrlü sayın",  qeyd edib. 

Məşhur aktyorun paylaşımına Sinan Oğanın cavabı gecikməyib. Oğan, Gökbakarın tvitindən sitat gətirərək, "Adınızı səhv tələffüz etdiyim üçün üzr istəyirəm Şahan bəy", - cavabını verib.

Gülayə Mecid