Serbiyanın paytaxtı Belqradda bəzi məktəblər bomba xəbəri yayıldıqdan sonra boşaldılıb.

"Unikal" xəbər verir ki, bu  barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Belqradın 115 məktəbinin elektron ünvanlarına məktəblərə partlayıcıların yerləşdirildiyi barədə bildirişlər göndərilib.

Xəbərdarlığa əsasən hərəkət edən Serbiya polisi müvafiq məktəblərdən şagirdləri, müəllimləri və əməkdaşlarını təxliyə edib. Bəzi məktəblərdə aparılan axtarışlar zamanı bomba izlərinə rast gəlinməsə də, təhsil qaldığı yerdən davam etdirilib.

Gülayə Mecid