Polşa hakimiyyəti ölkədə mövcud olan bütün MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda bildirib. 

Prezident qeyd edib ki, onlar hələ Kiyevə F-16 təyyarələrini verməyə hazır deyillər: "Bizdə olan F-16 təyyarələrinin sayı bu gün onların hər hansı bir hissəsinin Ukraynaya təhvil verilməsindən danışmağa imkan vermir".

Ağarza Elçinoğlu