Vladimir Putin Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun inkişafı və yükdaşımaları sahəsində əməkdaşlığa dair sazişə hazırlıq işlərinin ən qısa zamanda başa çatacağını gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti İran prezidenti İbrahim Rəisi ilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində bildirib. 

"Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində əməkdaşlıq Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Və biz gözləyirik ki, Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda “Şimal-Cənub” marşrutu üzrə dəmir yolu infrastrukturunun inkişafı və yükdaşımaları üzrə əməkdaşlıq sazişinə hazırlıq ən qısa zamanda başa çatacaq.

Bu yolla üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza formalaşacaq, - deyə Putin qeyd edib. 

Ağarza Elçinoğlu