Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, onun ölkəsi Moskva ilə əməkdaşlığa görə sanksiyalara məruz qala bilməz.

"Unikal"  xəbər verir  ki, bunu Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə,  Ermənistan sanksiyalara məruz qalan mallar məsələsində mümkün qədər şəffaf olmağa çalışır. 

Həmçinin, Paşinyan əlavə edib ki, Ukraynanın tammiqyaslı işğalı ilə əlaqədar Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra bir çox mallar, xüsusən də Ermənistan ərazisindən keçməklə tamamilə yeni logistik marşrutlar yaradılıb.

“Fürsət olan yerdə biz Rusiyanın tələbini məmnuniyyətlə qarşılayırıq. Sanksiyalar bizim "qırmızı xəttimiz"dir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: Biz sizə zərər vermək istəmirik, lakin özümüz sanksiyalara məruz qala bilmərik”, - Paşinyan bildirib.

 Gülayə Mecid