Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Ukraynaya gedib.

"Unikal" xəbər verir  ki, Li Xueyin Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bir müddət öncə bildirmişdi ki, Çinin xüsusi nümayəndəsi 16-17 may tarixlərində Ukraynaya 2 günlük səfər edəcək.