Mayın 17-də Moskva birjasında keçirilən ticarət zamanı dollar aprelin sonundan bəri ilk dəfə olaraq 81 rublu ötüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, dollarla barabər avronun məzənnəsi də artaraq 88 rubla yaxınlaşıb. 

Beləliklə, rubl mayın birinci yarısında demək olar ki, bütün artımını itirərək aprel ayının minimumlarına yaxın səviyyələrə enib.

Ağarza Elçinoğlu