Britaniyada məhbuslara kulinariya sənəti öyrədiləcək.

"Unikal" xəbər verir ki, yemək bişirmə bacarıqları Yaponiyadan dəvət olunmuş aşpazlar tərəfindən öyrədiləcək  .

15 məhbusun təlim keçəcəyi bildirilir. Onlar Asiya restoranları şəbəkəsi üçün yemək hazırlayacaqlar. Peşəkarların rəhbərliyi altında məhbuslar artıq 450 porsiya toyuq köri bişiriblər.

“Bizim birgə işimiz çox uğurlu olub, biz bu sahədə əməkdaşlığı davam etdirəcəyik”, - deyə restoranların nümayəndəsi bildirib.

Həbsxana da əməkdaşlıqdan razıdır. Polisin fikrincə, məhbusların işə cəlb edilməsi hüquq pozuntularının sayını azaltmaq və cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yoldur.