Rusiya ilə sərhəddə nəzarət Latviya, Litva, Norveç, Polşa, Finlandiya, İsveç və Estoniyanın gömrük orqanları tərəfindən gücləndiriləcək.

"Unikal" xəbər verir ki,bu barədə Helsinki görüşündən sonra əldə olunmuş razılıq barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yer alıb.

"Üç gün davam edən müzakirələr sanksiyaların tətbiqi, icazələrin verilməsi (məsələn, ixrac lisenziyaları, maliyyə sanksiyaları üçün icazələr) və sərhədyanı dövlətlərin gömrük rəsmilərinin əlaqələndirilməsinə cavabdeh olan milli səlahiyyətli orqanları bir araya gətirdi. Nümayəndələr Rusiyanın qarşısının alınmasına yönəlmiş tədbirlərin gücləndirilməsi yollarını müzakirə etdilər. 

"Görüş iştirakçıları sanksiyaların tətbiqi sahəsində əməkdaşlığı dərinləşdirmək, gömrük nəzarətinin vahid tətbiqini gücləndirmək, lisenziyalaşdırma proseslərinin uyğunlaşdırılmasını müzakirə etmək və mütəmadi məlumat və qabaqcıl təcrübə mübadiləsini genişləndirmək barədə razılığa gəliblə”, - iclas iştirakçılarının birgə bəyanatında deyilir.