Rusiyalı jurnalist və "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyana partlayıcı maddə olan bağlama göndərilib.

"Unikal" xəbər verir  ki, erməni əsilli jurnalist bu barədə "Telegram"da yazıb. 

"Ofisimə mənim adıma partlayıcı maddə olan bağlama göndərilib. O, təhlükəsizlik işçiləri tərəfindən aşkar edilib.Hazırda polis hadisənin başvermə şəraitini araşdırır”, - Simonyan yazıb.