Ukrayna ilə sərhəddə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinə tabe olan elit bölmələrin yerləşdirilməsini qeydə alınıb.

"Unikal" xəbər verir  ki, bu  barədə  Ukrayna KİV-ləri məlumat yayıb. 

Xüsusi təyinatlıların əsas vəzifələri partizanlar tərəfindən uğurlu təxribatdan sonra sərhəd bölgəsində əks-təxribat fəaliyyətləri, habelə öz təxribatlarını həyata keçirmək və Rusiya Silahlı Qüvvələrinin sərhəddə yerləşən bölmələrinin mənəviyyatını yüksəltməkdir.

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı silahlı hücumu 450 gündür davam edir.