"Türkiyə Rusiyaya qarşı heç bir məhdudlaşdırıcı addım atmaq niyyətində deyil, Qərb dövlətləri kimi iki dövlət arasında yaxşı münasibətlər var".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü CNN telekanalına müsahibəsində deyib .

“Rusiya ilə münasibətlərdə heç bir problemimiz yoxdur və biz Qərbdən nümunə götürərək Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək məcburiyyətində deyilik. Rusiya ilə də müsbət münasibətlərimiz var”.