Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri parlamentdə çıxışı zamanı deputatlar arasında dava düşüb.

"Unikal" xəbər verir ki, “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadzenin “Xalqın Gücü” və hakim “Gürcü Arzusu”nun nümayəndələrinə qarşı sərt bəyanatlarından sonra vəziyyət gərginləşib.

Müxalifətlə əksəriyyət arasında qarşılıqlı təhqirlər Vaşadze ilə Xalqın Gücü partiyasından olan deputat Daçi Beray arasında davaya çevrilib. Onları ayırmaq yalnız həmkarların və məhkəmə icraçılarının müdaxiləsindən sonra mümkün olub.