Roma Papası Fransisk İtaliya Yepiskopları Konfransının rəhbəri, kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.

"Unikal"ın məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

“Hazırda bu missiyanın vaxtı və onun şərtləri öyrənilir”, - deyə M.Bruni qeyd edib.