WhatsApp messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib .

"Biz sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq - yazı səhvini düzəltməkdən mesaja yeni məzmun əlavə etməyə qədər. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz," -WhatsApp bildirib.

Bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə - hansı, mesajda deyilmir - mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.

Mesaj redaktə funksiyası WhatsApp istifadəçilərinin ən çox istəklərindən biridir.