Yunanıstanın hakim partiyasının rəhbəri hökuməti qurmaq üçün mandatı prezidentə qaytarıb. Hakim Yeni Demokratiya Partiyasının rəhbəri, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis siyasi qüvvəsinin parlament seçkilərində qələbəsindən sonra respublika prezidenti Katerina Sakellaropulou ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı o, dövlət başçısına yeni hökuməti formalaşdırmaq üçün ilkin mandatı qaytarıb.

“Mən Yunanıstanda seçkilərdə səsvermə sisteminin] adə proporsional təmsilçiliyi ilə bağlı maneəni ən qısa zamanda aradan qaldırmağı öz borcum hesab edirəm və mandatı sizə qaytarmaq niyyətindəyəm ki, seçkiləri, ola bilsin, iyunun 25-də keçirə bilək” -Mitsotakis bildirib.

Yunanıstanın baş nazirinin qeyd etdiyi kimi, o, yeni seçkilərə çağırır, çünki bu seçkilər seçki sisteminin “gücləndirilmiş” proporsional sistemə dəyişdirilməsini nəzərdə tutur. O, həmçinin əlavə edib ki, erkən səsvermə çərçivəsində “Yeni Demokratiya” parlamentdəki 300 yerdən 170-dən çoxunu ala biləcək.

“Bu parlamentin hökumət qurması üçün heç bir şərait yoxdur. Qeyd etmək istəyirəm ki, əgər növbəti seçkilərdə istifadə olunacaq seçki sistemi dünən qüvvəyə minsəydi, “Yeni Demokratiya” artıq güclü parlament çoxluğuna malik olardı”, - Mitsotakis vurğulayıb.

Qeyd edək ki, “Yeni Demokratiya” parlament seçkilərində Yunanıstan parlamentindəki 300 yerdən 146-nı qazanaraq 40,79% səs toplayıb .