Britaniyalı aktyor Rey Stivenson İtaliyanın İskia adasında çəkiliş zamanı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə "la Repubblica" qəzeti məlumat yayıb.

Aktyor 58 yaşında vəfat edib. Qəzetin yazdığına görə, mayın 20-də səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılıb, sonradan vəziyyəti pisləşib. Digər təfərrüatlar açıqlanmır.

Rey Stivensonun aktyorluq karyerası 1990-cı illərdə başlayıb. O, "Roma" (2005-2007) tarixi televiziya serialında, "Kral Artur" (2004), "Cəzalandırıcı: Müharibə ərazisi" (2008), "Thor" filmlərindəki rolları ilə tanınır.