Ermənistanın Gümrü şəhərində 27 yaşlı kişi qumbara ilə Muş polis idarəsinə girərək özünü partlatmaqla hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq özünə qəsd etməyən istəyən şəxs saxlanılıb.

Məlumata görə, həmin şəxs hakimiyyətlə problemlərinin olduğunu, iqtidarın siyasətinə qarşı olduğunu bildirib. İnsidentlə əlaqədar cinayət işi başlanıb.

Həmin şəxs saxlanılıb, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi başlanıb.