Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın namizədi Sinan Oğanın qərarına münasibət bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, TRT-yə müsahibəsində danışıb.

Ərdoğan qərarına görə Oğana təşəkkür edib. O, S.Oğanın və millətin dəstəyi ilə ikinci turda qələbə qazanacağına inandığını deyib.

Türkiyə lideri, həmçinin S. Oğanın müxalifət tərəfindən sərt tənqid edilməsini şərh edib və bunun gözlənilən olduğunu vurğulayıb.

Qeyd edək ki, Oğan ikinci turda Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.