Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində gecə saatlarında baş verən bombalı hücum nəticəsində iki qız məktəbi dağıdılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

"Unikal" xəbər verir ki, səlahiyyətlilər silahlıların gecə saatlarında həyata keçirdiyi bombalı hücumda qızların təhsil aldığı iki məktəbin dağıdıldığını, ölən və yaralanan olmadığını açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Səlahiyyətlilər hücumun arxasında Pakistan Talibanının (TTP) olduğunu güman edirlər.

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.