Üzv ölkələr tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2024-2025-ci illər üçün büdcəsinin 20 faiz artırılması öhdəliyi götürülüb.

"Unikal" xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən 76-cı Ümumdünya Səhiyyə Assambleyası (ÜST) çərçivəsində ÜST-nin büdcəsi müzakirə edilib.

Üzv dövlətlər ÜST-nin 2024-2025-ci illər üçün Proqram Büdcəsini qəbul edərək üzvlük haqqını 20 faiz artırmağı öhdələrinə götürdülər. Bu proqram üçün nəzərdə tutulan büdcənin 6,83 mlrd dollar olmasına qərar verilib. 

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus üzv dövlətlərə bu qərara və ÜST-ə göstərilən etimada görə təşəkkür edib.

Gülayə Mecid