Rusiya Federasiyası Ukraynadakı münaqişənin dondurulmaması ilə bağlı mövqeyinə sadiqdir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  

Onun sözlərinə görə, Rusiya Federasiyası yalnız xüsusi hərbi əməliyyatı başa çatdırmaq imkanlarını nəzərdən keçirir. 

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır.  

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.  

Gülayə Mecid